Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün gecə saatlarında paytaxtın "Dərnəgül yolu" adlandırılan Ziya Bünyadov prospektində yol qəzası baş verib.
"Report" xəbər verir ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Sürücüsü qadın olan "99-CS-920" dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil isə arxa hissədən əzilib. Qəza nəticəsində xəsarət alan olmayıb.
