Gürcüstandan Azərbaycana dərman vasitələrinin və mobil telefon aksesuarlarının qanunsuz gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana dərman vasitələrinin və mobil telefon aksesuarlarının qanunsuz gətirilməsinin qarşısı alınıb Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan idarə etdiyi QAZ-3110 markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.
Hadisə
18 noyabr 2019 10:19
Gürcüstandan Azərbaycana dərman vasitələrinin və mobil telefon aksesuarlarının qanunsuz gətirilməsinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən 360 ədəd "Azilect", 5 qutu "Flixotide 125 mcg", 5 qutu "Phosphosoda", 336 ədəd " Plavix 75 mg", 200 ədəd "Casodex", 200 ampula "Dodex 1000mcg/ml", 400 ədəd "Beloc 50 mg", 540 ədəd "Diamicron MR 60 mg", 4 ampula "Netildex", 240 ədəd "Ferro Sanol duodenal", 240 ədəd "Diltizem 90 mg" adlı dərman vasitələri, həmçinin 3 ədəd "Rectoderm" kremi, 15 ədəd üzərində "GüçMatik" yazılan telefon qidalandırıcısı və ona məxsus 18 ədəd yükləyici, 12 ədəd USB aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi