Bakı. 11 fevral. REPORT.AZ/ Yardımlı-Masallı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, “Toyota-Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində sərnişinlərdən biri -“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun həyat yoldaşı Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerindəcə ölüb.
Digər sərnişin, deputat Sabir Rüstəmxanlının bacısı İlahə Xudu qızı Əliyeva ağır xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə onlar S.Rüstəmxanlı və Ş.Xuduoğlu qardaşlarının əmisinin yas mərasimindən qayıdarkən baş verib.