​Deputatın sığorta şirkətinə qarşı apellyasiya şikayəti təmin edilməyib

​Deputatın sığorta şirkətinə qarşı apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
10 Fevral , 2016 10:12
​Deputatın sığorta şirkətinə qarşı apellyasiya şikayəti təmin edilməyib

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində deputat İqbal Məmmədov və qeyrilərinin “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, İqbal Məmmədov və qeyriləri “Xalq Sığorta” ASC-ni məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən İqbal Məmmədov sığorta ödənişinin verilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan İqbal Məmmədov və qeyriləri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, İqbal Məmmədov 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.

Son xəbərlər

Orphus sistemi