Deputatın qardaşı oğlunun 42 min manatını mənimsəməkdə təqsirləndirilən direktorun məhkəməsi davam etdirilib

Deputatın qardaşı oğlunun 42 min manatını mənimsəməkdə təqsirləndirilən direktorun məhkəməsi davam etdirilib Şamil Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib
Hadisə
23 Oktyabr , 2017 10:41
Deputatın qardaşı oğlunun 42 min manatını mənimsəməkdə təqsirləndirilən direktorun məhkəməsi davam etdirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Şahin Hüseynovun məhkəməyə gəlmədiyi elan olub.

Daha sonra dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

Ş.Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Hakim bildirib ki, zərərin ödənilməsi üçün məhkəmə Ş.Bədəlova iki ay vaxt verib.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.

Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev həmçinin “Azəraqrartikinti” ASC-nin rəhbəridir.

Son xəbərlər

Orphus sistemi