Deputatın işdən çıxarılan oğluna DİN-də rəis vəzifəsi verilib - YENİLƏNİB

Deputatın işdən çıxarılan oğluna DİN-də rəis vəzifəsi verilib - YENİLƏNİB O, Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub
Hadisə
9 Oktyabr , 2015 12:29
Deputatın işdən çıxarılan oğluna DİN-də rəis vəzifəsi verilib - YENİLƏNİB

Bakı. 9 oktyabr. REPORT.AZ/ Daxili işlər orqanlarından “Report”a bildirilib ki, əslində, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə deyil, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

*** 10:10

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

“Report”un xəbərinə görə, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

Son xəbərlər

Orphus sistemi