Deputatın iddiası əsasında məhkəmə başlayıb

Deputatın iddiası əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib
Hadisə
23 Avqust , 2016 17:55
Deputatın iddiası əsasında məhkəmə başlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Səbail rayon Məhkəməsində deputat Rüfət Quliyevin vətəndaş Nuranə Səfərovaya qarşı iddiası əsasında məhkəmə başlayıb.

Bu barədə "Report"a vəkil Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edib və məhkəmə heyyətinə etirazını bildirib. Hakim vəsatəti təmin edib.

İş hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, deputat R.Quliyev 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun ailəsini məhkəməyə verib. Deputat iddia ərizəsində bildirib ki, 2011-ci ildə N.Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, N.Səfərova ümumilikdə 81 min 850 dollar verib. R.Quliyev 2014-cü ildə verdiyi pulu və faizləri tələb edərək, N.Səfərovun həyat yoldaşı Nuranə Səfərovadan pulunu tələb edib. Deputat mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edir.

Son xəbərlər

Orphus sistemi