Yuxarı
    Bağlamaq

    Deputat Vahid Əhmədov: “Quba Rayon Məhkəməsində baş verən hadisəni araşdırıram”

    “Bu hadisəyə haqq qazandırmaq qeyri-mümkündür”

    Bakı. 7 yanvar. REPORT.AZ/ "Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram".

    Bunu "Report"a açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov deyib.

    O, Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.

    Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib: "Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür".

    Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi