Deputat Vahid Əhmədov: "Qubadakı icra məmurlarının hərəkətlərinə hüquqi qiymət verilməlidir"

Deputat Vahid Əhmədov: "Qubadakı icra məmurlarının hərəkətlərinə hüquqi qiymət verilməlidir" "Hazırda araşdırmalar gedir və son qərarı nazirlik verəcək"
Hadisə
9 Yanvar , 2017 10:44
Deputat Vahid Əhmədov: Qubadakı icra məmurlarının hərəkətlərinə hüquqi qiymət verilməlidir

Bakı. 9 yanvar. REPORT.AZ/ "Qubada 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı araşdırmalar davam edir. Bu məsələ nəzarətdədir".

Bunu "Report"a açıqlamasında 52 saylı Quba seçki dairəsindən seçilmiş deputat Vahid Əhmədov deyib.

O xatırladıb ki, baş vermiş olayla bağlı ədliyyə nazirinin müavini Toğrul Musayevlə danışıb: "Bundan başqa, Ədliyyə Nazirliyinə rəsmi məktub da göndərmişəm. Müraciətdə məsələnin araşdırılmasını xahiş etmişəm. Bizi narahat edən icra məmurlarının davranışlarıdır, onların hərəkətlərinə hüquqi qiymət verilməlidir. Hazırda araşdırmalar gedir. Son qərarı nazirlik verəcək. Qərarla məhkəmə qərarının qüvvədə qalıb-qalmaması bilinəcək".

Deputat qeyd edib ki, Nuray Bayramzadə hazırda xalasının yanındadır, müalicə alır: "Düşünürəm, bu məsələdə ciddi problem yoxdur. Dövlət strukturları bu məsələ ilə məşğuldur, yəni, məsələ nəzarətdədir".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb.

Son xəbərlər

Orphus sistemi