Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində zərərçəkmiş dindirilib

Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində zərərçəkmiş dindirilib Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hadisə
28 İyun , 2018 17:05
Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində zərərçəkmiş dindirilib
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sabir Ağayev ifadə verib.

O söyləyib ki, E.İbrahimovu 2008-ci ildə sinif yoldaşı Kamil vasitəsi ilə tanıyıb. Zərərçəkmiş bildirib ki, katric biznesinə görə E.İbrahimova, ümumilikdə, 115 min manat pul verib, onun cəmi 15 minini geri alıb: "İstintaqda mənim dediklərim yazılmayıb. Elnur deyirdi ki, bu işdə Kamil və Həbiblə də iş görür. Malı gömrükdən keçirməkdə Həbib ona kömək edirdi. Axır günlərdə Elnur mənə malın gəlməsində problemlərin olduğunu söylədi. Gömrükdən keçirməyə əlavə pul lazımdır. Mən də Elnura dedim ki, həmin şəxslərlə mən də görüşüm, danışım. Razı olmadı".

Suallara cavab verən S.Ağayev deputat Elmira Axundovanın oğlu Həbib Axundovun bu işdə E.İbrahimovla şərikliyinin hansı qaydada olmasını belə izah edib: "Həbibin gömrükdəki işləri həll etdiyini eşitmişdim. Bildiyim qədər Həbibgillə də şərikli işi var idi. Ona görə də mən Elnura deyəndə ki, səninlə şərik olanlarla görüşmək istəyirəm, o, razılaşmadı. Çünki onlarla da iş görürdü".

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi