Deputat dövlət televiziyalarında reklamlara qadağa qoyulmasını təklif edib

Deputat dövlət televiziyalarında reklamlara qadağa qoyulmasını təklif edib Bakı. 21 noyabr. REPORT.AZ/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev dövlət televiziyalarında reklamların verilməsinin qadağan olunmasını təklif edib.
Hadisə
21 Noyabr , 2017 17:01
Deputat dövlət televiziyalarında reklamlara qadağa qoyulmasını təklif edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev dövlət televiziyalarında reklamların verilməsinin qadağan olunmasını təklif edib.

“Report”un xəbərinə görə, Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Q.Həsənquliyev deyib ki, həmin televiziyalara dövlət maliyyə vəsaiti ayırır: “Özəl telekanalların reklamdan pul əldə edə bilmələrinə şərait yaradılmalıdır. Çünki onlar dövlətdən maliyyələşmirlər”.
Deputat Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilərək Energetika Nazirliyinə birləşdirilməsini də təklif edib.

Son xəbərlər

Orphus sistemi