Dənizkənarı Milli Parkda naməlum qadın meyiti tapılıb - FOTO

Dənizkənarı Milli Parkda naməlum qadın meyiti tapılıb - FOTO Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub
Hadisə
220
23 Avqust , 2017 14:23
Dənizkənarı Milli Parkda naməlum qadın meyiti tapılıb - FOTO

Bakı. 23 avqust. REPORT.AZ/ Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, meyitin boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. 

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi