Dənizkənarı Milli Parkda itən azyaşlı tapılıb

Dənizkənarı Milli Parkda itən azyaşlı tapılıb Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə azyaşlı bir uşaq valideynlərinin nəzarətindən yayınaraq itib.
Hadisə
1 İyun , 2019 15:03
Dənizkənarı Milli Parkda itən azyaşlı tapılıb

Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə azyaşlı bir uşaq valideynlərinin nəzarətindən yayınaraq itib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini çəkib. 

Səbail Rayon Polis İdarəsi əməkdaşları dərhal azyaşlını sakitləşdirərək valideynlərini tapmaq üçün müvafiq tədbirlərə başlayıb.

Polis əməkdaşı qısa vaxtda azyaşlının valideynlərini taparaq uşağı onlara təhvil verib.

Valideynlər bu xeyirxah polis əməkdaşı ilə foto çəkərək bizə göndərib.

Son xəbərlər

Orphus sistemi