Bakı. 17 iyul. REPORT. AZ/ Xəzər dənizində çimərkən batmaq təhlükəsi iə üzləşmiş şəxs xilas edilib.
"Report"un məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
FHN-in məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:20-də başa çatıb.