​Dənizdə boğulmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

​Dənizdə boğulmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib Xilasedicilər vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər
Hadisə
1 İyul , 2016 21:06
​Dənizdə boğulmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

Bakı. 1 iyul. REPORT.AZ/ Dənizdə boğulmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. 

Əməliyyat saat 19:30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi