Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlarıı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Hadisə
4 Avqust , 2016 21:10
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib

Bakı. 4 avqust. REPORT.AZ/ Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyin (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Eyni zamanda FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda da 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub. Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Daha bir şəxs paytaxtın Sabunçu rayonunda xilas edilib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi