Dənizdə batan 40 yaşlı kişinin meyiti tapılıb

Dənizdə batan 40 yaşlı kişinin meyiti tapılıb Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə
17 iyul 2022 09:02
Dənizdə batan 40 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1982-ci il təvəllüdlü Rəhimov Samir Rəhim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi