Dənizdə batan 14 nəfər xilas edilib

Dənizdə batan 14 nəfər xilas edilib Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.
Hadisə
15 Avqust , 2021 23:05
Dənizdə batan 14 nəfər xilas edilib

Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Şüvəlan”, və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və 9 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Son xəbərlər

Orphus sistemi