Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb

Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb Dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
9 dekabr 2023 06:26
Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən  şəxslər saxlanılıb

Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfəri Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi