Dəmir Bankın “Binəqədi” filialına basqının təfərrüatları məlum olub

Dəmir Bankın “Binəqədi” filialına basqının təfərrüatları məlum olub Hadisə zamanı banka zərər vurulmayıb
Hadisə
12 Fevral , 2016 14:51
Dəmir Bankın “Binəqədi” filialına basqının təfərrüatları məlum olub

Bakı. 12 fevral. REPORT.AZ/ Dəmir Bank “Binəqədi” filialına basqın olunması ilə bağlı məlumat yayıb. Bankın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 11-də axşam saat 23:00 radələrində Dəmir Bank-ın Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən “Binəqədi” filialına qanunsuz daxilolma cəhdi olub: "Oğru binaya daxil olmaq istədikdə mühafizə xidmətinin siqnalizasiyası işə düşüb və Binəqədi rayonu Mühafizə İdarəsinin polis əməkdaşları dərhal hadisə yerinə gələrək oğurluq cəhdi edən şəxsi yaxalayıblar. Hadisə zamanı Banka məxsus heç bir əmlaka əhəmiyyətli zərər vurulmayıb və oğurlanmayıb. Dəmir Bank Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinə (BMİ) bankın əmlakının etibarlı qorunmasını təmin etdiklərinə görə böyük minnətdarlığını bildirir".

Məlumatda qeyd olunub ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Bankın bütün filialları ən müasir siqnalizasiya sistemi ilə təchiz olunub və onların fasiləsiz mühafizəsi təmin olunur. 

Son xəbərlər

Orphus sistemi