Dələduzluqda təsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təsirləndirilən şəxsə hökm oxunub Natiq Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
21 Oktyabr , 2016 15:30
Dələduzluqda təsirləndirilən şəxsə hökm oxunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Eminov bir neçə vətəndaşın etimadından sui-istifadə edərək onlara dələduqluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi