Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işinin icraatı dayandırılıb

    Məhkəmə müstəntiq barəsində xüsusi qərar qəbul edib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    "Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında N.Baxışovanın vəkili Elman Babayev vəsatət verib.

    O, cinayət işinin istintaqını aparan müstəntiqin kobud qanun pozuntusuna yol verdiyini bildirib: "İstintaq zamanı Nüşabə Baxışova vəkillə təmin olunmayıb və onun müdafiə hüququ pozulub".

    Məhkəmədə işin icraatının dayandırılması və prokurorluğa qaytarılması barədə qərar qəbul edilib. Bundan başqa, müstəntiq kobud qanun pozuntusuna yol verdiyi üçün məhkəmə onun barəsində xüsusi qərar qəbul edib.

    Qeyd edək ki, N.Baxışova Sumqayıtda 16 nəfər şəxsə qarşı ümumilikdə 180 min manat dəyərində dələduzluq edib. Belə ki, o, özünü vəkil kimi təqdim edib və həmin şəxslərin işini məhkəmələrdə həll edilməsi barədə vədlər verib. Lakin N.Baxışova vədinə əməl etməyib.

    O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi