​Dələduzluqda təqsirləndirilən tikinti şirkəti direktorunun məhkəməsi keçirilib

​Dələduzluqda təqsirləndirilən tikinti şirkəti direktorunun məhkəməsi keçirilib Məhkəmə martın 16-na təyin edilib
Hadisə
9 Mart , 2016 14:32
​Dələduzluqda təqsirləndirilən tikinti şirkəti direktorunun məhkəməsi keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Anar Səmədov, Mehman Quliyev və Coşqun Əlizadə ifadə verib.

"Makler" çalışan M.Quliyev ifadəsində Q.Rəhimovla torpaqla mənzili dəyişdirdiyini bildirib.

Məhkəmə martın 16-na təyin edilib.

Qeyd edək ki, İttihama görə, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilməyib. Ondan heç yerə getməməklə haqda iltizam alınıb.

Son xəbərlər

Orphus sistemi