Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən şirkət rəhbərlərinin məhkəməsində zərərçəkmişlərin vəsatətləri təmin edilməyib

    Məhkəmənin baxış iclası noybarın 3-nə təyin edilib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov və şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmədə məlum olub ki, cinayət işində 16 nəfər zərərçəkmiş var.

    Daha sonra zərərçəkmişlərin vəkilləri vəsatət qaldırıblar. Onlar cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Bildirilib ki, cinayət işi yenidən araşdırılmalıdır.

    Vəsatətlər təmin edilməyib.

    Məhkəmənin baxış iclası noybarın 3-nə təyin edilib.

    Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasındamənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi