Yuxarı

​Dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin apellyasiya şikayətinə baxılıb

Səbail Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. M.Həsənovanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Belə ki, "Topstap LTD" MMC-nin təsisçisi M.Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub. Hazırda faktla bağlı istintaq davam etdirilir.

Səbail Rayon Məhkəməsi MMC rəhbəri barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Qərardan narazı qalan M.Həsənova apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi