Bir neçə vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramil Şükürov, Koroğlu İbrahimov və Elçin Aslanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Aslanlının vəkili vəsatət qaldıraraq müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
Vəsatət təmin edilib, E.Aslanlı ev dustaqlığına buraxılıb.
Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.
Qeyd edək ki, hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda dələduzluq) maddələri ilə ittiham olunub.