Yuxarı

​Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Məhkəmənin növbəti prosesi sentyabrın 17-nə təyin edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mübariz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, M.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi