​Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

​Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib
Hadisə
11 Noyabr , 2015 15:01
​Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərviz Yusifovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, P.Yusifov Rasim Məmmədov və Mehman Məmmədov adlı vətəndaşlardan 30 və 50 min manat pul alıb. O, həmin şəxslərdən aldığı pulları qaytaracağını vəd etsə də sözünə əməl etmədiyi üçün tutulub.

P.Yusifov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi