Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə qərarı elan olunub

Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə qərarı elan olunub İş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib
Hadisə
24 Avqust , 2016 16:53
Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə qərarı elan olunub

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahin Əsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçiririlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə qərar elan edib. Qərara əsasən, cinayət işi aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əsgərov vətəndaşların etibarindən sui-istifadə edərək onlardan ayrı-ayrılıqda 4 min və 6 min manat pul alaraq qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əsgərov 8 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi