​Dələduzluqda təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

​Dələduzluqda təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib Onun cəzası 8 ildən 6 il 6 aya endirilib
Hadisə
11 Mart , 2016 09:10
​Dələduzluqda təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Bakı. 11 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəliyev Həsən Vəli oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, H.Vəliyevin cəzası 8 ildən 6 il 6 aya endirilib.

Qeyd edək ki, H.Vəliyev ötən il dələduzluqda təqsirli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə H.Vəliyev CM-in 66.5-ci (cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır) maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan H.Vəliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi