Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzər məhkəmə başlayıb

Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzər məhkəmə başlayıb Məhkəmənin baxış iclası iyunun 3-nə təyin edilib
Hadisə
28 May , 2016 09:48
Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzər məhkəmə başlayıb

Bakı. 28 may. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Sübhan Fikrət oğlu Əzizov barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzər məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, S.Əzizov dələduzluqda təqsirli bilinərək saxlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əzizov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi