Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
30 Sentyabr , 2016 10:13
Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehti Əliyevin apellyasiya şikayəti üzrə məhkəməsi prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Əliyev dələduzluqda təqsirli bilinərək həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi