Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib

Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib Allahverdi Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
10 Mart , 2017 13:29
Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib
Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Allahverdi Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi 178.2.2-ci (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə dəyişdirilib. Hökmə əsasən, A.Paşayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib.

Qeyd edək ki, A.Paşayev bir neçə vətəndaşa qarşı 9 min manat dəyərində dələduzluq edib. Vətəndaşların şikayətindən sonra A.Paşayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmə prosesində dəymiş zərər ödənilib.

Son xəbərlər

Orphus sistemi