Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb Nağıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Nağıyev 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Nağıyev ötən il dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.