Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb
Hadisə
15 İyul , 2016 16:40
Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehdi Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Ağayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törəldildikdə) maddəsi 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə tövsif olunub. O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Ağayev tanışı Əzizağa Əliyevdən 9913 manat pul alıb. Belə ki, o, Ə.Əliyevə Saray qəsəbəsində obyekt tikəcəyini ved verib, lakin vədinə əməl etməyib. Daha sonra zərərçəkmiş hüquq-mqhafixə orqanlarına müraciət edib.

M.Ağayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi