Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub Şahin Əsgərov 8 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 İyul , 2016 11:11
Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ş.Əsgərovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra hakimlər heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər hökmü elan edib. Məhkəmənin hökmü ilə Ş.Əsgərov 8 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş.Əsgərov vətəndaşların etibarindən sui-istifadə edərək onlardan ayrı-ayrılıqda 4 min və 6 min manat pul alaraq qaytarmayıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi