Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub Zəfər Sofiyev 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 May , 2016 12:01
Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Sofiyev 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Sofiyev maşın alqı-satqısı ilə məşğul olub. Bakı şəhər sakini öz avtomobilini satmaq üçün ona verib. Z.Sofiyev həmin avtomobili satıb, lakin paytaxt sakininin pulunu verməyib. Zərərçəkmiş polisə müraciət edib və ona dəymiş 10 min manat pulu tələb edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Sofiyev saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub. Məhkəmə istintaqı getdiyi dövrdə Z.Sofiyev zərərçəkmişin 2 min manat pulunu qaytarıb.

Son xəbərlər

Orphus sistemi