​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub Bəhruz Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
19 Oktyabr , 2015 18:23
​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən B.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, B.Əliyev dələduzluq yolu ilə 41 nəfərdən ümumilikdə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü "Bakcell" şirkətinin işçisi kimi təqdim edərək onları işə düzəldəcəyini vəd edib. Daha sonra tutulan B.Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi