Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb - FOTO

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb - FOTO Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib
Hadisə
29 dekabr 2016 09:53
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb - FOTO

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a A.Cəfərovun vəkili İlqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Cəfərovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A.Cəfərov 12 nəfər vətəndaşa qarşı təxminən 30 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinib. O, vətəndaşların şikayəti əsasında saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan təqsirləndirilən şəxsin vəkili İ.Əliyev apellyasiya şikayəti verib.

O, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi