Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

    Ona şərti cəza verilib

    Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zeyqəm Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə onu barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. Z.Qasımov məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, Z.Qasımov CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi