Bakı. 18 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bahadur Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Eyvazov 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, B.Eyvazov Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ityiham olunub