Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Onun barəsində şərti cəza tətbiq edilib
Hadisə
6 Oktyabr , 2016 13:36
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Telman Xudaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilib. 3 il sınaq müddəti olaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 6 vətəndaşa qarşı dələduzluq əməli törədən T.Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi