​Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

​Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
26 May , 2016 09:25
​Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 26 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Ənvər oğlu Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, C.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası 70-ci maddə tətbiq olunmaqla ona şərti cəza verilib. C.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Məmmədov dələduzluq etməkdə təqsirli bilinərək həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi