​Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

​Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib
Hadisə
8 Fevral , 2016 15:19
​Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Abbasov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A.Abbasov dələduzluqda təqsirləndirilirdi. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu.

Son xəbərlər

Orphus sistemi