Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib İxtiyar Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
19 Sentyabr , 2017 12:23
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İxtiyar Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Behbudov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, İ.Behbudov tanışları İlham Hüseynov və Samir Muradov Ukraynadan yağ gətirəcəyi adı ilə dələduzluq edib. O, İlham Hüseynovun 15 min dollar pulunu, Samir Muradovun 4500 dollarını ələ keçirib.

İstintaq dövründə İxtiyar Behbudov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi