Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Çingiz Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
4 İyul , 2019 17:15
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Çingiz Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə Ç.Bayramov 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ç.Bayramov Həsən Naibov adlı şəxsdən 60 min manat alaraq, ona məxsus 0,6 hektar torpaq sahəsinə çıxarış alacağı vədini verib və vədinə əməl etməyib.

Ç.Bayramova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 32, 312 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə ittiham verilib.

Məhkəmə dövründə tərəflər arasında barışıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi