Dələduzluqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Dələduzluqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq
Hadisə
3 Sentyabr , 2016 10:55
Dələduzluqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Namiq Budaqov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Budaqov dələduzluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Budaqov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünü çıxarılmasını istəyir.

Son xəbərlər

Orphus sistemi