Dələduzluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Dələduzluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb
Hadisə
12 İyul , 2016 14:22
Dələduzluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Budaqovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Budaqov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Budaqov dələduzluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi