Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxılıb Ona şərti cəza verilib
Hadisə
3 Noyabr , 2016 15:48
Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuridət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əfəndiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, azadlığa buraxılıb.

Qeyd edək ki, sahibkar olan N.Əfəndiyev Qəbələ rayonunda icarəyə əkin üçün torpaq sahələri götürüb. Lakin həmin şəxs torpaq sahiblərinə ümumilikdə 20 min manat pul verməkdən boyun qaçırıb. Bundan narazı qalan zərərçəkmişlər polisə müraciət ediblər. Polis əməkdaşları tərəfindən saxlanılan N.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi