Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən qadınlara hökm oxunub

    Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə C.Rüstəmova 11 il, R.Hüseynova 11 il, Y.Rəsulov 9 il və K.Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

    Qeyd edək ki, C.Rüstəmova, R.Hüseynova, Y.Rəsulov və K.Rüstəmova faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadatmaqda təqsirli biliniblər. Həmçinin onlar vətəndaşların külli miqdarda obyektlərini dələduzluq yolu ilə ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi